!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parça üzərində rəsm və təkəlduz işlərindən ibarət sərgi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə mayın 30-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “İpək əsərlər, ipək səslər” adlı sərgi və konsert təşkil olunub.

Yenicag.az xəbər verir ki, sərgidə rəssamlar Tünzalə Məmmədzadə, Türkan Məmmədzadə və Elmar Məmmədzadənin şəffaf ipək üzərində rəsm və təkəlduz işlərindən ibarət 60 əsəri nümayiş etdirilib.

Milli Məclisin deputatı Adil Əliyev və başqaları tədbirdə çıxış edərək sərginin əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, ipək üzərində rəsm sənətinin tarixi çox qədimdir. Bu incə sənətin Azərbaycanda təbliği və daha geniş auditoriyaya çatdırılması mədəniyyətimizin inkişafı baxımından vacib addımdır.

Rəssam Elmar Məmmədzadə AZƏRTAC-a müsahibəsində ipək üzərində rəsm sənətinin yüksək incəlik və səbir tələb etdiyini vurğulayaraq deyib: “Bu sənət səhvi qəbul etmir. Belə ki, kətan üzərində yağlı boya ilə rəsm işləyərkən səhv edən zaman onu düzəltmək olur. Amma bu, ipək üzərində mümkün deyil. Elə əsərlər olur ki, 4-5 aya ərsəyə gəlir. Burada sərgilənən əsərlərin əksəriyyəti İslam dininə aid mövzuları əhatə edir”.

Sərgidə nümayiş olunan əsərlər ziyarətçilərin böyük marağına səbəb olub.

Tədbir konsert proqramı ilə davam edib.

COP29

www.yenicag.az

1782
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv