Parlament iclasları ictimailəşsinmi? – Gözlənilməyən yerdən etiraz

media-hightechnic-468x90

milli-meclis-0117Sabir Rüstəmxanlı: “Burada problem yoxdur”

Fərəc Quliyev: “Parlamentdə acıq qapı siyasətini isə qətiyyən qəbul etmirəm”

Avropa ölkələrində seçicilər bir sıra hallarda parlament iclaslarını canlı izləmək imkanı da əldə edirlər. Amma Azərbaycanda belə bir təcrübə yoxdur. Bu fonda görəsən, Milli Məclisin iclaslarının Avropada olduğu kimi ictimailəşməsi mümkündürmü?

 

Yenicag.az-a açıqlamasında millət vəliki Sabir Rüstəmxanlı bunu mümkün saydı: “Burada problem yoxdur. Milli Məclis iclaslarına xaricdən gələn qonaqlar buraxılır. Bu fonda öz vətəndaşlarımızın müəyyən günlərdə Milli Məclisə gəlib iclasları canlı dinləmələrinin yolları da tapıla bilər. Onlar da gəlib iclasları dinləyə bilərlər. Sadəcə olaraq, bu məsələ ölkə və Milli Məclis rəhbərliyi səviyyəsində həll olunmalıdır”.

Digər millət vəkili Fərəc Quliyev isə məsələ barədə başqa cür düşünür: “Bu təcrübədən bir formada istifadə edilməsi tərəfdarıyam. Amma hər kəsin deyil, müəyyən məsələlərlə bağlı ictimaiyyət nümayəndələrinin Milli Məclisə dəvət olunmasını normal hesab edirəm. Amma Avropada olduğu kimi Milli Məclisdə də açıq qapı siyasəti yürüdülsə, inanın ki, parlamentdə yeriməyə imkan olmayacaq. Bizdə vəziyyət belədir. Digər tərəfdən, hər hansı təcrübəni də götürüb bütövlüklə Azərbaycanda tətbiq etməli deyilik. Parlament ciddi bir yerdir, orada qanunların qəbulu istiqamətində işlər görülür. Yalnız müəyyən məsələlərdə aydiyyatı olan ictimaiyyət nümayəndələrinin dəvət olunmasının tərəfdarıyam. Acıq qapı siyasətini isə qətiyyən qəbul etmirəm”.

 

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600