!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə Çavuşoğlu ilə görüş keçirildi

!Reklam – Yazi

Aprelin 4-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, AŞPA-da nümayəndə heyətimizin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunədir. O, əməkdaşlığımızın və dostluğumuzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Komitə sədri Azərbaycanla Türkiyə arasında dinamik inkişaf edən əməkdaşlığın həm ölkələrimiz, həm də bütün bölgənin tərəqqisi, sülhün və sabitliyini təmini baxımından önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hər sahədə daha da güclənir. Ölkələrimiz mötəbər beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər.

Görüşdən məmnunluğunu ifadə edən Mövlud Çavuşoğlu dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyini söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində nümayəndə heyətlərimizin bir-birinin mənafelərini dəstəklədiklərini vurğulayıb, türk dünyasının daha da güclənməsində Türkiyə və Azərbaycanın önəmli rolunu qeyd edib.

Söhbət zamanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Asim Mollazadə, Sevinc Fətəliyeva, türkiyəli millət vəkilləri Fatma Aksal, Utku Çakırözer iki qardaş ölkə arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişafı, parlamentlərarası əməkdaşlıq, Türk dünyasında birliyin əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv