!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyalar gərək öz üzvlərinin siyahısını dəqiq hazırlasınlar ki, yekunda...” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Gəlin səmimi danışaq, beş min üzvü olmayan partiyanın hansı iddiasl ola bilər, necə fəaliyyət göstərər?”.

Bu fikirləri yeni qanunvericiliyin tələbi ilə təkrar qeydiyyatdan keçməli olan əksər siyasi partiyaya imtina cavabı verilməsinə münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təkrar qeydiyyat üçün imtina cavabı alan partiyaların vəziyyəti düzəltmək üçün vaxtları var:

“Açığı, vəziyyətin belə olacağı o qədər də gözlənilməz olmadı. Mən əvvəl də deyirdim ki, üzvlərin siyahısının hazırlanmasına başdansovdu yanaşmaq olmaz. Ancaq bir çoxları belə düşündü ki, yəqin ciddi yoxlama aparılmayacaq. Nəticədə isə problem yarandı.

Digər tərəfdən, aidiyyəti qurumların partiyaların təqdim etdiyi üzvlərin siyahısını yoxlamalarında da nöqsanlar var. Təsəvvür edin, Nüşabə Sadıqlıya zəng vurub soruşurlar ki, sən Müsavatın üzvüsən? Halbuki Nüşabə xanım bu partiyanın rəhbərliyində təmsil olunan şəxsdir. Belə qeyri-ciddilik olmaz axı…

Mən onu da demək istəyirəm ki, partiyaların qarşısında beş min üzv tələbinin qoyulması doğrudur. Bu fikrim bəlkə də demokratik görünməyəcək, ancaq mən belə düşünürəm. Gəlin səmimi danışaq, beş min üzvü olmayan partiyanın hansı iddiasl ola bilər, necə fəaliyyət göstərər? Bütün bu məsələləri nəzərə almaq lazımdır.

Qeydiyyatından imtina olunmuş partiyaların vəziyyəti düzəltmək üçün vaxtları var. Partiyalar gərək öz üzvlərinin siyahısını dəqiq hazırlasınlar ki, yekunda növbəti problemlə üzləşməsinlər. Fikrimcə, texniki yanlışlıqları aradan qaldıran partiyalar qeydiyyata alınacaq”.

A.Zeynalov

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv