!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyaların öz fəaliyyətini dayandırmalarını faciəyə çevirmək lazım deyil” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

“Tələb olunan sayda üzvü və ölkə ərazisini əhatə edən strukturlara malik partiyalar fəaliyyətlərini davam etdirəcəklər”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra fəaliyyətini dayandıran partiyaların sayının sürətlə artmasına münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

VHP sədrinin fikrincə, qanunvericiliyin tələblərinə cavab verən partiyaların narahatlığı üçün əsas yoxdur:

“Əslində, bu, çox normal prosesdir. Çünki Azərbaycanda əlli-altmış partiyaya ehtiyac yoxdur. Məncə, ölkədə on beş-iyirmi partiyanın olması yetərlidir. Əlbəttə, bu da sosial münasibətlərdən asılı məsələdir.

Hansı partiyanın tələb olunan sayda üzvü və ölkə ərazisini əhatə edən strukturları varsa, onlar fəaliyyətlərini davam etdirəcəklər. Yerdə qalan partiyalar isə ya birləşəcəklər, ya da sıradan çıxacaqlar.

Ona görə də bu məsələyə faciə kimi baxmaq lazım deyil. Onsuz da partiyaların bir çoxunun mövcudluğu formal xarakter daşıyır, sədrləri üç-beş qohum-əqrəbanı yanına toplayıb partiya yaradıblar. Amma reallıqda təşkilat adına heç nə yoxdur.

Digər tərəfdən, indi çoxları üzvlərin sayı tələbi ilə seçkidə səs toplamaq məsələsini qarışdırırlar. Amma sadə prosedur var: partiyalar üzvlərinin sayı beş min nəfərdən çoxdursa, onların siyahısını və başqa sənədləri Ədliyyə Nazirliyinə təqdim edərək, yenidən qeydiyyatdan keçəcəklər. Bu tələbi yerinə yetirə bilməyənlər isə kənarda qalacaqlar”.

A.Zeynalov
Написать в ADMİNSTRASİYA

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv