!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Bakıya gələcək? – “Ermənistan bu fürsəti əldən qaçırmamalıdır”

!Reklam – Yazi

“Ermənilər iki ölkə arasında sülh istiqamətdə yaranan fürsəti əldən qaçırmamalıdırlar”.

Bunu Yenicag.az-a açıqlamasında sülh müqaviləsi imzalanmadan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda keçiriləcək beynəlxalq iqlim tədbiri COP29-a gəlməsi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirən politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, COP29 MDB məkanında keçirilən məhz ilk mötəbər beynəlxalq əhəmiyyətli tədbirdir.

“Həmin tədbirin Azərbaycanda keçirilməsi də beynəlxalq və geosiyasi baxımdan mühüm sayılır. Belə ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesi fonunda Paşinyanın Azərbaycana səfəri tərəflər arasında etimad mühitini gücləndirən amil olardı.

Əgər bu, baş verəcəksə, hər iki ölkə üçün mühüm töhfə verəcək. Ermənilərin yaranan yeni imkanlar pəncərəsindən səmərəli istifadə edəcəyinə ümid edirik”, – deyə o qeyd edib.
Z.İbrahimli vurğulayıb ki, son günlər müəyyən müsbət irəliləyişlər müşahidə edilir.

“Ölkələrarası münasibətlərin normallaşması istiqamətdə normativ hüquqi bazanın yaradılması üçün artıq əhəmiyyətli addımlar atılıb. Eyni zamanda, Paşinyanın COP29-a gəlişinin həqiqətən də tarixi səfər olması üçün ermənilər bu imkandan istifadə etməlidir. Ermənilər iki ölkə arasında sülh istiqamətdə yaranan fürsəti əldən qaçırmamalıdırlar”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv