Paşinyan bu dəfə Papikyanı “TORUNA SALDI” – İrəvandakı etirazların ŞOK SƏBƏBİ

media-hightechnic-468x90

İrəvanda 44 günlük müharibədə itkin düşənlərin valideynləri bir neçə gündür Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, etirazçılar Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan və özünü buraxmış qondarma rejimin “Müdafiə Ordusu”nun sabiq komandanı Kamo Vardanyanla görüş tələb edirlər. İlk aksiya sentyabrın 27-də təşkil olunub.

Valideynlərə həmin gün görüşün bazar ertəsi keçiriləcəyi vəd edilsə də, bu baş tutmayıb. Daha əvvəl isə onlar parlament qarşısında da toplaşaraq spiker və Müdafiə Komissiyasının rəhbərindən konkret addımlar atılmasını tələb etmişdilər.

Nəşrin mənbəsi onu əlavə edib ki, bu etirazların fonunda bir neçə qapalı dinləmə keçirilib. Hakimiyyət kuluarlarında isə hakim “Vətəndaş Müqaviləsi” üzvlərinin bəzi nümayəndələrinin faciədən siyasi dividentlər qazanmağa çalışdıqları barədə məlumatlar dolaşır. İddialara görə, aksiyaların arxasında müdafiə naziri Suren Papikyana qarşı kampaniya dayanır və bu prosesdə partiya idarə heyətinin yeni üzvü Vilen Qabrielyanın adı hallanır.

Mənbələrin bildirdiyinə görə, Baş nazir Nikol Paşinyan komandada yüksək reytinqə malik olan Papikyandan narahatdır. Çünki bütün ittihamlara baxmayaraq, müdafiə naziri partiya daxilində hələ də hörmətini saxlayır. Bununla yanaşı, ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı bütün tənqidlərin əsas hədəfi birbaşa Paşinyanın özü olur.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa