Paşinyan Karapetyanın ətrafını TƏMİZLƏYİR – Abramyanın istintaqı BAŞA ÇATDI
Ermənistanın sabiq baş naziri Ovik Abramyanın cinayət işi üzrə istintaq başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Məlumata əsasən, işin yaxın günlərdə məhkəməyə göndərilməsi gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin iyun ayının 13-də O. Abramyan saxlanılmış və sonradan məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdi.
Ermənistan Antikorrupsiya Komitəsinin yaydığı məlumata görə, Abramyana bir neçə maddə ilə – vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.
Eyni zamanda, yerli media və müşahidəçilər qeyd edirlər ki, Abramyan Baş nazir Nikol Paşinyanın diqqətinə o vaxtdan etibarən düşüb ki, o, İrəvanda oliqarx Samvel Karapetyanla görüşüb və birlikdə Rusiya xarici işlər naziri Sergey Lavrovla təmasda olublar. Onun barəsində hakimiyyət çevrilişi planlaşdırmaqda da şübhələr mövcuddur.
Rafi Müslümov