Paşinyan Katolikosun istefasında İSRARLIDIR – İncil oxuyanları TOPLAYIR
Ermənistan hakimiyyəti kilsə və Katolikos məsələsində geri addım atmır.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumatlara görə, Katolikosun vəzifədən uzaqlaşdırılması məsələsinin bir qədər arxa plana keçməsi hakimiyyət üçün əsas prioritetə çevrilmiş Vətəndaş Müqaviləsi Partiyasının (VM) yeni İdarə Heyətinin seçkiləri ilə bağlıdır.
Mənbələrin bildirdiyinə görə, Katolikosun uzaqlaşdırılması məsələsi gündəmdən çıxmayıb və yaxın vaxtlarda Paşinyan yenidən onun istefası ilə bağlı çağırışlarını davam etdirəcək. O, həmçinin “İncil oxuyanlardan” formalaşdırılacaq şuranın işini yekunlaşdıracaq və bu istiqamətdə konkret addımlar atılacaq.
Qəzetin əldə etdiyi başqa məlumata əsasən, Nikol Paşinyan keşiş Ter Aram Asatryanın “təqib olunması” məsələsində artıq qəti mövqe tutub və onu Katolikos taxtına gətirmək niyyətindədir.
Hakimiyyət qanadı Ter Aramı “keçmiş hakimiyyət” tərəfindən təqib olunan şəxs kimi təqdim edir və onu gələcək proseslərə cəlb etmək üçün hər cür dəstək göstərir. O, Ermənistan Apostol Kilsəsində vahidliyi pozaraq, Katolikosu açıq şəkildə tənqid edən yeganə din xadimi sayılır.
Rafi Müslümov