Paşinyan keçmiş müdafiə nazirini həbs etdirmək istəyir – Daxili çaxnaşma BÖYÜYÜR

media-hightechnic-468x90

Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyana qarşı yeni cinayət işinin başlandığı məlum olub. O, xəbəri təsdiqləyərək bunun həm siyasi fəaliyyətinə, həm də nazir olduğu dövrdə atdığı addımlara bağlı olduğunu deyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Karapetyan açıqlamasında bildirib ki, ittihamların əsasında onun 2021-ci ildə Qarabağa səfəri dayanır:

“Əgər 2021-ci ildə Qarabağa getmək qanunsuz hesab olunurdusa, bəs 2019-cu ildə Nikol Paşinyanın Şuşada tədbirlərdə iştirakı və Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır” ifadələri necə izah olunurdu?! Bu, absurddur”, – deyə o bildirib.

Keçmiş nazir əlavə edib ki, cinayət işinin siyasi motivli olduğunu düşünür və özünü haqlı hesab edir. O, hakimiyyətin bu addımlarını qəbul etmədiyini, mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Hazırda məsələ ilə bağlı rəsmi instansiyalardan isə hər hansı açıqlama verilməyib.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa