Paşinyan müxalifəti SIXIŞDIRIR – ŞOK PLAN İFŞA OLDU

media-hightechnic-468x90

Ermənistan hakimiyyətinə yaxın dairələr siyasi müxalifətə qarşı sərt mübarizə aparmaq barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Vətəndaş Müqaviləsi” partiyasının daxilində xüsusi PR qrupu yaradılıb. Onların əsas vəzifəsi media ilə koordinasiyalı şəkildə işləyərək müxalif siyasətçilərin nüfuzdan salınmasına yönəlib. Mənbələrin sözlərinə görə, strategiya müxalif qüvvələri “öz yuvalarında məhv etmək” ideyası üzərində qurulub. Xüsusilə qeyd olunur ki, 2026-cı il parlament seçkilərində iştirakını elan edəcək bütün siyasi qüvvələr dərhal hakim partiyanın hədəfinə çevriləcək.

Nəşrin məlumatına əsasən, hökumət komandası müxalif siyasətçilərin həm şəxsi, həm də peşəkar həyatına müdaxilə etməyə hazırlaşır. Məqsəd onların reputasiyasına zərbə vurmaq və siyasi fəallığın qarşısını almaqdır.

Qəzetin yazdığına görə, hakim partiyaya yaxın mənbələr müxalif düşərgədə artıq bir neçə komandanın formalaşdığını və onların yaxın aylarda seçki mübarizəsinə qatılmaq üçün açıq bəyanatlarla çıxış etməyə hazırlaşdığını iddia edir. Hakimiyyət isə bu komandaları əsas təhlükə hesab edir və onları neytrallaşdırmaq üçün hər cür addım atmağa hazırdır. Eyni zamanda, müxalif qüvvələrin əksəriyyəti gözlənilən təzyiqlərin fərqindədir və siyasi repressiyalara, hüquqi təqiblərə, hətta mümkün həbslərə hazırlaşır.

Məlumatda o da vurğulanır ki, yaxın gələcəkdə siyasi gərginlik daha da artaraq kəskin mərhələyə qədəm qoya bilər. Bu prosesin paralelində isə “Bütün Ermənistan Katolikosunu devirmək təşəbbüsü” də gündəmdə saxlanılır.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa