Paşinyan partiyasında “təmizliyə” BAŞLADI – Sentyabrda keçiriləcək seçkilər...

media-hightechnic-468x90

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası (VMP) sentyabrda keçiriləcək partiya idarə heyətinə seçkilər öncəsi aktiv seçki kampaniyasına başlayıb. Müxalifət daxilindəki qarşılıqlı ittihamlar və Nikol Paşinyanın impiçment məsələsinin gündəmə gətirilməməsi fonunda hakim komanda seçkilərə ciddi hazırlıq görür.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin məlumatına görə, VMP-də idarə heyəti üzvlüyünə namizədlərin irəli sürülməsi iyunun ortalarından başlayacaq. Partiya daxilində bu dəfə 100-dən çox namizədin iştirak edəcəyi proqnozlaşdırılır. Hazırda artıq 50-dən çox aktiv siyasətçinin adı müzakirə olunur. Onlar arasında həm qanunverici, həm də icraedici strukturlarda təmsil olunan şəxslər var. Son günlərdə bu şəxslər regionlara səfər edir, partiyanın yerli qurumları ilə görüşlər keçirir və müxtəlif yollarla dəstək qazanmağa çalışırlar.

Qəzet yazır ki, bəzi hallarda isə bu görüşlərdə namizədlər bir-birinə qarşı dolayı ittihamlar səsləndirir, məqsəd isə yerli partiya nümayəndələrinin dəstəyini qazanmaqdır. Qeyd edək ki, həmin yerli nümayəndələr sentyabrda keçiriləcək idarə heyəti seçkilərində səsvermə hüququna malikdirlər. Əsas məqamlardan biri də budur ki, idarə heyəti seçkilərindən sonra parlamentə təqdim ediləcək partiya siyahısı da formalaşacaq. Beləliklə, idarə heyətinə seçilən şəxslərin parlament seçkilərində daha yüksək yerlərdən namizəd göstəriləcəyi gözlənilir.

Bu arada VMP fraksiyası parlamentin bu gün start götürən iclaslarına da gərgin əhval-ruhiyyə ilə qatılıb. Onlar ötən iclasda müxalifətçi deputat Levon Koçaryanın sərt çıxışlarını “bağışlamayıb” və müzakirələr zamanı gərginlik yaratmaq niyyətindədirlər. Məqsəd müxalifəti, xüsusilə də Koçaryanı cəzalandırmaq üçün qanuni əsas formalaşdırmaqdır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600