!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat alıb" - Politoloq

!Reklam – Yazi

“Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyi ilə bağlı bütün məsələləri öz üzərinə götürüb”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın son proseslər fonunda səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya aranı qızışdırmasa, Qarabağ problemi qısa zamanda öz həllini tapar:

“Zənnimcə, Nikol Paşinyan Brüssel səfərindən sonra kifayət qədər realist, bütün reallıqları nəzərə alan, gerçəkçi bir siyasət yürütməyə başlayıb. Azərbaycanla, doğrudan da, sülh müqaviləsi bağlamaq, kommunikasiya xətlərini açmaq fikrindədir. Ən önəmli tərəfi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağdakı erməni separatçılarının indiyə qədər olan iddialarından imtina edir.

Görünən odur ki, Paşinyan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat alıb. Bu təminatı Azərbaycan Prezidenti İlham Əliyev verib. Şarl Mişel də bu barədə təminat verib. Aranı qatan Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyandır. Onlar heç bir məsuliyyət hiss etmədən Qarabağı rus torpağı kimi təqdim etməyə çalışırlar. Bu istiqamətdə də fəaliyyət göstərirlər. Bunun qarşılığında isə Azərbaycan ordusu bir yerdə dayanmır. Paşinyan həm də bu reallığı dərk edir”.

Səxavət Məmməd

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv