Paşinyan Qareginə qarşı yenidən HÜCUMA KEÇDİ – Budəfəki plan BAŞQADIR

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə və Katolikos II Qareginə qarşı mübarizə taktikasını dəyişib.

Yenicag.az xəbər verir ki, bunu “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, açıq kampaniya, ruhaniləri gözdən salmaq və təhqir etmək nəticə vermədi deyə Katolikos istefa etmədi. İndi isə qərara gəlinib ki, kilsə içəridən “sarsıdılsın”.

Məlumata görə, hakimiyyət dairələri ruhanilər arasında narazı olanları axtarır, II Qaregindən narazı kilsə xadimlərini taparaq onların əli ilə Ana Taxtı – Eçmiədzini zəiflətməyə çalışır. Bildirilir ki, hətta müəyyən ruhaniləri maraqlandırmaq, maliyyə dəstəyi vəd etməklə onları Katolikosa qarşı çıxmağa sövq edirlər. Bu prosesdə Katolikosa qarşı çıxanların kilsədən uzaqlaşdırılması ehtimalı da istisna edilmir.

Bundan əlavə, hakimiyyət nümayəndələri kilsə daxilində qanunsuz sövdələşmələr barədə məlumat toplamağa çalışır. Hüquq-mühafizə orqanlarına Katolikosa qarşı kompromat materiallar tapmaq tapşırılıb. Paşinyan isə Katolikosu vəzifəsindən uzaqlaşdırmaq niyyətindən geri çəkilməyib. O, son çıxışında bildirib ki, yaxın vaxtlarda Eçmiədzin mərkəzi meydanında “ruhani məzmunlu böyük tədbir” keçiriləcək və bu, prosesin “kulminasiya nöqtəsi” olacaq: Biz indi vaxtı, təşkilati və məzmun məsələlərini müzakirə edirik”.

Ekspertlərin fikrincə, bu hücum seçkilər ərəfəsində gələn il reallaşa bilər. İki ssenari istisna olunmur: ya ölkədə vətəndaş qarşıdurması yaradılaraq fövqəladə vəziyyət elan olunacaq və seçkilər təxirə salınacaq, ya da kilsəyə qarşı qazanılan “qələbə” ilə seçicilərə psixoloji təzyiq göstəriləcək ki, iştirak etməsinlər və hakimiyyət özünü yenidən istehsal etsin.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa