Paşinyan: Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağa siyasi təzyiqdir
Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra məhsulların ölkədən Rusiyaya idxalına qoyulan qadağanı siyasiləşdirilmiş adlandırıb.
Yenicag.az “Report-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfinin atdığı addımlar Ermənistan vətəndaşları arasında Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı mənfi münasibət formalaşdırır.












