“Paşinyan tələsib və emosional açıqlama verib”

media-hightechnic-468x90

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir müraciət almayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus lideri Ermənistana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib. Lukaşenko hesab edir ki, Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə emosional açıqlama verib.

“KTMT-də olmaq istəməsələr belə, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirakını dayandırdığını deyib./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05