Paşinyan veteranları partiyadan KƏNARLAŞDIRIR – Avinyan və Simonyana qarşı CƏBHƏ ALDILAR

media-hightechnic-468x90

Ermənistanda hakim partiyanın qurultayı yaxınlaşdıqca, Vətəndaş Müqaviləsi (VM) üzvləri, xüsusilə də İdarə Heyəti üzvlüyünə namizədlər getdikcə daha gərgin və əsəbi olurlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, qurultayda seçiləcək yeni İdarə Heyəti üzvləri, demək olar ki, növbəti seçkilərdə partiya siyahısında sabit yer və sonradan vəzifə və ya mandat qazanmaq üçün özlərini sığortalayacaqlar.

Buna görə də VM İdarə Heyətinə seçkilərdə mümkün qədər çox səs toplamaq onlar üçün həyati məsələyə çevrilib. Bizə deyilənə görə, xüsusən də əsas fiqurlar narahatdır, çünki Paşinyan onları yeni İdarə Heyətində görmək istəmir.

Nəşrin məlumatına görə, o, partiyanın veteranlarını gənc və itaətkar kadrlarla əvəz etməyə meyllidir. Deyilənə görə, ön sıralarda Milli Məclisin sədri Alen Simonyan və İrəvanın meri Tiqran Avinyan dayanır. Lakin VM-də əmindirlər ki, onlar seçiləcəklər. Buna baxmayaraq, Paşinyanın yaxın çevrəsi fəal şəkildə təbliğat aparır ki, heç olmasa, mümkün qədər az səs toplasınlar.

KİV onu da vurğulayıb ki, Tiqran Avinyan məsələsində Paşinyan həmişə ehtiyatlı olub, çünki o, itaətkarlar sırasında deyil. Alen Simonyanla bağlı isə VM üzvləri çətinliklə izah edə bilirlər ki, o, nəyə görə liderin rəğbətini qazanıb – halbuki, ona tamamilə sədaqətlə xidmət edib.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa