Paşinyandan hüquq-mühafizə orqanlarına MESAJ: “Gümrüdə müxalifətçi mer ola bilməz!”

media-hightechnic-468x90

İrəvanda keçirilən “Demokratiya Forumu”nun zalında Ermənistan Baş naziri Nikol Paşinyan qalmaqallı açıqlama ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Qəzet yazır ki, o, Vanadzor hadisələrini misal gətirərək, seçilmiş mer Mamikon Aslanyanın həbs olunduğunu, kriminal keçmişi olan Arkadi Peleşyanın (Aka) isə seçilmədən şəhəri idarə etdiyini xatırladıb. Daha sonra Gümrüdə baş verənləri gündəmə gətirərək deyib:

“Hamınız Vanadzor, Vanadzor deyirsiniz, bəs Gümrünün hadisələrini niyə görmürsünüz?! Hüquq-mühafizə orqanları müəyyənləşdirdi ki, seçki rüşvəti paylanıb. Cüzi – bir neçə səs və ya 100 səs fərqlə namizəd mer oldu. Amma heç kim etiraz etmədi ki, necə ola bilər müxalifət rüşvət paylasın, sonra da mer kürsüsündə otursun?! Müxalifət 20-30-50 milyon dram rüşvət paylayıb – heç nə, 500 min verib – yenə heç nə. Belə olmaz!”

Qeyd edək ki, Paşinyanın bu sözləri yerli mediada hüquq-mühafizə orqanlarına açıq siyasi “təlimat” kimi qiymətləndirilib. Şərhlərə görə, baş nazirin mesajı Gümrünün müxalifətçi meri Vardan Qukasyanın vəzifədən uzaqlaşdırılması istiqamətində yol xəritəsi kimi dəyərləndirilir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa