Paşinyanın adamı əks-cəbhəyə KEÇDİ – İrəvanda gözlənilən XAOS
Ermənistanda parlament seçkilərinə hələ təxminən 10 ay qalır. Amma könüllü və ya məcburi, gizli və ya açıq şəkildə müxtəlif siyasi qüvvələr artıq aktivləşib. Hətta onlara keçmişdə hakimiyyətdə olub, indi isə sanki müxalif mövqedə dayanan siyasətçilər də qoşulub.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, parlamentdə təmsil olunan qüvvələr seçkilərə hazırlaşır, bölgələrdə görüşlər və səfərlər keçirirlər.
Parlamentdənkənar qüvvələrdən isə rəsmi şəkildə baş nazirliyə namizəd olacağını az adam açıqlayıb. Bu qüvvələrə Hayk Marutyan da qoşulub. O, bu dəfə, görünür, aktiv “Vətəndaş müqaviləsi” partiyası ilə təbliğatı aparmaq əvəzinə, öz partiyası ilə seçkilərə qatılacaq. Qəzetin məlumatına əsasən, Hayk Marutyan parlament seçkilərinə “Yeni Güc” adlı reformistlər partiyası ilə qatılacaq.
Nəşrin sorğusuna cavab olaraq partiyadan təsdiqləyiblər ki, Marutyan həqiqətən də 2026-cı il parlament seçkilərinə hazırlaşır.
Məsələ ondadır ki, Marutyan bir vaxtlar VM-də inqilabın himayəsi altında mer olmuşdu, sonra isə vəzifəsindən uzaqlaşdırıldıqda müxalifətə keçmişdi. İndi isə görünür, Marutyan yenidən hakimiyyət tərəfinə meyl edib və yaxın günlərdə “Tramp yolu” barədə müsbət bəyanat verib ki, bunu da Nikol Paşinyana xoş görünmək üçün söyləyib.
Rafi Müslümov