!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanın bütün hərəkətlərinin səbəbi qorxudur" - Erməni deputat

!Reklam – Yazi

“Paşinyanın bütün hərəkətlərinin səbəbi qorxudur”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu müxalifətçi deputat Aqvan Vardanyan parlamentdə jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Qarabağ Ermənistanın baş naziri Nikol Paşinyanın biganəliyinə görə “əldən gedib”.

“Dünən Qarabağ barədə danışan Nikol Paşinyan belə dedi: “Məni Qarabağ məsələsinə biganəlikdə, Qarabağı tək buraxmaqda ittiham edənlərə bir söz deyə bilərəm: Təşəkkür edirəm”. Bu, bu insanın tipini, xarakterini dəqiq ifadə edən sözdür. Onun əsas xüsusiyyətlərindən biridir. Paşinyan Qarabağdan əl çəkib, bu gün Qarabağ məsələsinin nə yerdə olduğunu hamınız bilirsiniz”, – Vardanyan deyib.

Daha sonra o, Paşinyanı qorxaqlıqda günahlandırıb.

“Nikol Paşinyanın dediklərini də sizə xatırlatmaq istəyirəm: “Mən, Qarabağın təhlükəsizliyinin təminatçısı, müharibə vəziyyətində Silahlı Qüvvələrin baş komandanı və Ermənistanın baş naziri kimi ən böyük addımı atacağam. Bu sui-qəsd niyyətlərinin kökünü kəsmək üçün sərt tədbirlər görəcəm”.

Bu sözə qulaq asın, “Qarabağın təhlükəsizliyin təminatçısı”. Və bugünkü vəziyyəti müqayisə edək. Bu adamın trayektoriyasını görmənizi istəyirəm. Onun bütün əvvəlki ifadələri və bugünkü ifadələri 180 dərəcə əksinə dəyişib. Başa düşürəm ki, bu insanın bütün addımlarının səbəbi, əsası qorxudur. İki qorxu: adi bir qorxağın qorxusu və bu gün hakimiyyəti itirmək qorxusu. Və daha bir qorxuya səbəb Apellyasiya Məhkəməsinin ikinci prezidentin azadlığa buraxılması ilə bağlı qərarı olub”, – erməni deputat qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv