"Paşinyanın hakimiyyətdə qalması Bakı üçün maraqlıdır, amma..." – ŞƏRH

media-hightechnic-468x90

Ermənistanda keçiriləcək seçkilər ərəfəsində siyasi qüvvələr arasında gedən qarşıdurmalar, eləcə də rəqiblərin bir-birini ittiham etməsi dünya mediasının diqqət mərkəzindədir. Müxalif liderlərdən Köçəryan iştirak etdiyi yayımda Nikol Paşinyanı Azərbaycanın “1 nömrəli adamı” adlandıraraq ona qarşı sərt ittihamlar irəli sürüb.

media-banner_tkm

Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev sözügedən ittihamları “cəfəngiyyat” adlandıraraq, vəziyyəti belə qiymətləndirib:

“Paşinyanın Azərbaycanın adamı olması ilə bağlı iddialar həqiqəti əks etdirmədiyi kimi, həm də gülüncdür. Paşinyan Ermənistanın baş naziridir və rəqibləri qədər erməni kimliyinə sahibdir. Fərq ondadır ki, o, Köçəryan və Sarkisyan dönəmindən fərqli olaraq, daha realist və praqmatik hərəkət edir. Regionda danılmaz bir reallıq var: Ermənistan Azərbaycanla müharibə apara bilməz. Əks təqdirdə, bunun nəticəsi 44 günlük müharibə və lokal antiterror əməliyyatları kimi ağır olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycan hərbi qələbəsindən sonra Ermənistanı alçaltmayan, lakin öz şərtlərini qəbul etdirən bir diplomatiya yürüdür:

“Ermənistan məğlub ölkə kimi müharibəni davam etdirmək əvəzinə, əməkdaşlığı seçməyə məcburdur. Paşinyan da münaqişənin həlli üçün ikitərəfli danışıqları ən məqbul yol hesab edir. Onu “Azərbaycanın adamı” kimi təqdim etmək rəqiblərinin seçki texnologiyasıdır. Hesab edirəm ki, bu cəhdlər nəticəsiz qalacaq və Paşinyan yenidən qələbə qazanacaq. Buna nə Rusiya, nə də daxili rəqibləri mane ola biləcək”.

T. Rzayev vurğulayıb ki, Paşinyanın hakimiyyətdə qalması rəsmi Bakının maraqlarına uyğun olsa da, bu, onun Azərbaycanla xüsusi bağlılığı demək deyil:

“Paşinyanın hakimiyyəti bizim maraqlarımıza cavab verir, çünki onunla dialoq qura bilirik. Qarşı tərəfdə isə revanşist, ultra-milliyyətçi və faşist təfəkkürlü qaragüruh var. Onlardan kiminsə hakimiyyətə gəlməsi sülh prosesini tamamilə sıfırlayacaq ki, bu da nə bizə, nə də Ermənistana sərf edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05