Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR

media-hightechnic-468x90

Hakim “Vətəndaş müqaviləsi” (VM) partiyasında, demək olar, əmindirlər ki, partiyanın yeni idarə heyətinin “Kinder sürpriz”i parlamentin ən səssiz deputatlarından biri – elmi məqalələrin müəllifi və VM-də vurğulandığı kimi, mükəmməl ingilis dili biliyinə sahib olan Tatyana Qasparyan olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, T. Qasparyanın ən böyük üstünlüyü Paşinyanın arvadı Anna Akopyanla yaxın münasibətləridir. VM-nə üzv qadınlar arasında həmişə müzakirə olunur ki, o, necə olur ki, baş nazirin həyat yoldaşının təşəbbüsü ilə keçirilən tədbirlərdə bu qədər tez-tez iştirak edə bilir.

Xatırladaq ki, VM-nin yeni idarə heyəti sentyabrın 20-də partiyanın qurultayı zamanı seçiləcək.

Qadınlar üçün kvota artırılıb: idarə heyətinin 20 üzvündən 5-i qadın olmalıdır. VM-dən qadın siyasətçilər arasında namizədlər sırasında baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, deputatlar Hasmik Akopyan, Arusyak Culhakyanyan, Heriknaz Tiqranyan, Arusyak Manavazyan, Sona Qazaryan, Alxas Qazaryan, Tatevik Qasparyan, səhiyyə naziri Anahit Avanesyan və ictimaiyyətə o qədər də tanış olmayan digər adlar yer alır.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa