Paşinyanın komandasında GƏRGİNLİK: Deputatlar izlənilir, “donosçuluq” ARTIR
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasında vəziyyətin olduqca gərgin və əsəbi olduğu bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, Baş nazir Nikol Paşinyan bütün komanda üzvlərini nəzarətə götürüb və deputatların maliyyə və digər fəaliyyətləri hüquq-mühafizə orqanları tərəfindən ətraflı şəkildə araşdırılır.
Partiya kuluarlarında yayılan məlumatlara əsasən, Paşinyan komandadakı hər bir şəxs barəsində kompromat toplayır. Məqsəd isə siyasi zərurətə uyğun olaraq kimlərisə “qurban” vermək, kimlərisə siyasi oyundan uzaqlaşdırmaq, digərlərini isə tam itaətə məcbur edib alətə çevirməkdir.
Bu vəziyyət komandada daxili “donosçuluq” mühitinin geniş yayılmasına səbəb olub. Məlumata görə, bəzi şəxslər müxtəlif kanallar vasitəsilə partiyadaşları barədə məlumat toplayaraq birbaşa Paşinyana çatdırırlar. Onlar bu yolla həm özlərini təmiz göstərməyə, həm də mövqelərini gücləndirməyə çalışırlar.
İddiaya görə, Nikol Paşinyan təqdim edilən bütün məlumatları diqqətlə dinləyir və yadda saxlayır.
Rafi Müslümov