Pendirin içində telefon keçirmək istədi

media-hightechnic-468x90

hollanpendAna holland pendirinin içərisində həbsdə olan oğluna 3 telefon vermək istəyib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gələn ananın sovqatından mobil telefonlar aşkarlanıb.

Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3 ünvanında yaşayan Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600