Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pentaqon fəaliyyətini müvəqqəti dayandırdı

ABŞ Müdafiə Departamenti – Pentaqon yaxınlığında baş verən atışma üzündən fəaliyyətini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Bir qədər əvvəl yaxınlıqdakı metro stansiyasının platformasında naməlum şəxslər atəş açıb. Polisin araşdırma aparması üçün metro xəttinin fəaliyyətinə ara verilib.

“Hazırda Pentaqonun qapalı olduğunu təsdiq edə bilərik. Bu, baş verən hadisə ilə əlaqəlidir. Təhlükə sovuşmayıb, əhali həmin ərazidən uzaq durmalıdır” – qurumdan bildirilib.

Arlinqton Yanğın və Xilasetmə Departamentindən bildiriblər ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri polisdir. 3 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

229
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100