Pentaqon milyard dollarlıq müqavilə imzaladı
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ölkənin müdafiə korporasiyası “Lockheed Martin” ilə HIMARS çoxnövlü raket sistemlərinin istehsalı üçün 1 milyard dollardan çox məbləğdə müqavilə bağlayıb.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, sövdələşmənin yekun məbləği 1 milyard 132 milyon 447 min 811 dollar təşkil edəcək.
Müqavilənin 2028-ci ildə aprelin 30-na qədər yekunlaşması gözlənilir.
İstehsal olunan buraxılış qurğuları ABŞ ordusunun ehtiyaclarına, həmçinin Avstraliya, Kanada, Estoniya, İsveç və Tayvana tədarükə yönəldiləcək.













