“Permyakov möhkəm döyülüb”-İddia

media-hightechnic-468x90

81109Ermənistanın “Joxovurd” qəzeti “Gümrü faciəsi” ilə bağlı yeni maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Gümrüdə Avetisyan ailəsinin yeddi üzvünün qətlində ittiham edilən Valeri Permyakov həbs olunduqdan sonra növbəti gün hospitala yerləşdirilib.

Yenicag.az saytı anspress-ə istinadənn bildirir ki, buna səbəb V.Permyakovun əhvalının pisləşməsi olub. O, xəstəxanaya yerləşdiriləndən sonra tam müayinə edilib.

Mətbuat orqanı yazır ki, V.Permyakov möhkəm döyüldüyü üçün onun vəziyyəti pisləşib və hospitala çatdırılıb. Müayinədən dərhal sonra onu Rusiyanın Gümrüdəki yerləşdirilmiş 102-ci hərbi bazasına aparıblar.

Bundan əlavə, hospitalda işləyən erməni həkimlərin bir çoxu Permyakovu müayinə etməkdən imtina ediblər. Həkimlər onun sağlamlığında problemin, cinayət törətməsinə əsas verən ciddi xəstəliyin olub-olmamasını yoxlayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600