Peşə təhsili müəssisələrinə tələbə qəbulunda SON GÜN

media-hightechnic-468x90

Avqustun 20-də peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu başa çatır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bu gün saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600