!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirildi - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasiminə siyasi, ictimai xadimlər, məşhurlar və media nümayəndələri qatılıb.

Təqdimatda çıxış edənlər Səmayə Məmmədova və onun qələmə alığı kitab haqqında öz fikirlərini bölüşüblər.

Çıxış edən ssenarist, publisist Nadir Bədəlov bildirib ki, bu kitab vasitəsilə yeni bir insan kəşf edəcək.

Əməkdar jurnalist Şəlalə Həsənova isə kitabda reallığı əks etdirən maraqlı tezislərin olduğunu vurğulayıb.

Təqdimatda kitabın müəllifi Səmayə Məmmədova da çıxış edib, onun yazılma prosesi haqqında danışıb.

Qeyd edək ki, kitabda Səmayə Məmmədovanın 22 illik media təcrübəsi öz əksini tapıb. Kitab media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulub.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv