Peskovdan Starmerə ATMACA: “Gülməlidir”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Rusiyaya qarşı şübhələrini “əsassız, sübuta yetirilməmiş və gülməli” adlandırıb.
Yenicag.az xəbər verir ki, bu fikirləri o, Britaniya mediasına açıqlamasında səsləndirib.
Peskov bu sözləri Britaniya hökumətinin Baş nazir Kir Starmerin evinin yandırılmasında guya Rusiyanın əli ola biləcəyilə bağlı ehtimallarına münasibət bildirərkən deyib.
“Bütün bu şübhələr (Rusiyaya qarşı – red.) əsassızdır, sübut olunmayıb və tez-tez gülüş doğurur”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl “Financial Times” qəzeti hökumətdəki anonim yüksəkçinli mənbələrə istinadən yazmışdı ki, Britaniya hakimiyyəti Baş nazir Kir Starmerin daşınmaz əmlakının yandırılmasında Rusiyanın mümkün iştirakını araşdırır.
Qeyd edək ki, mayın 12-də Britaniya Baş nazirinin evində yanğın baş verib, nəticədə giriş qapısı zərər görüb. Starmerin təxminən 20 il yaşadığı bu ev, o, Dauninq-stritə köçmədən əvvəl Londonda, şimaldakı Kauntess Roud küçəsində yerləşir. Məlumata görə, hazırda Baş nazir bu evi kirayəyə verib.
Rafi Müslümov