Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Pfizer” vaksininin saxlanma müddəti uzadıldı

Son istifadə tarixi 2021-ci ilin may ayından 2022-ci ilin fevralına qədər olan “Pfizer/Biontech” vaksinlərinin saxlanma müddəti əlavə 3 ay uzadılıb.

Yenicag.az bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat verir.

Məlumata görə, ÜST Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, “Pfizer/Biontech” preparatlarından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.

Qeyd edək ki, “Pfizer” vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti altı aya bərabər idi, indi isə bu müddət doqquz ay təşkil edir.

Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı “Sinovac”, “Pfizer” və “Sputnik V” vaksinlərindən istifadə olunur. “Pfizer” vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər. “Pfizer” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il dekabrın 31-də təsdiqlənmiş ilk vaksin olub./Trend/

www.yenicag.az

195
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100