Pirallahıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

media-hightechnic-468x90

Pirallahıda tikilməkdə olan obyekt sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600