Zaurla Təranə Qumral arasında PUL QALMAQALI: Aparıcı da SUSMADI/VİDEO

media-hightechnic-468x90

Müğənni Təranə Qumral ilə aparıcı Zaur Kamal arasında gərginlik yaşanıb. Narazılığa səbəb “Həmin Zaur” verilişində aparıcının Musa Musayevə bank kartı göstərərək, ora 200 manat vəsait köçürməsini tələb etməsi olub.

Bu rəftardan xoşlanmayan Təranə Qumral Zaura sərt etirazını bildirib: “Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atmalıyam? Öz pulun yoxdur? Böyük villan, bahalı maşınların və evin var. Bahalı kostyumlar geyinirsən. Özün niyə köçürmürsən?”

Yenicag.az-a açıqlama verən Zaur Kamal baş verənlərə bu cür aydınlıq gətirib:

“Bizim verilişdə belə bir qayda var: efirə gecikənləri cərimə edirik və toplanan vəsaiti ehtiyacı olan ailələrə veririk. Müğənni özü bilər istəyər o pulu ödəyər, istəməz verməz. Təranə xanım da gecikmişdi, ona görə cərimə etdik. Mən durduğum yerdə demirəm ki, kimsə kiməsə pul versin, bu mənim işim deyil. Biz bunu sadəcə müğənnilərin efirə vaxtında gəlməsi üçün edirik. Gecikən hər kəs 100-200 manat cərimə olunur, bunu efirdə elan edirik və məbləği ehtiyacı olan ailəyə göndəririk. Siyahıdakı 200-300 nəfərin içindən müğənni özü kimisə seçir və canlı yayımda pulu həmin şəxsə ünvanlayır.

Təranə xanım veriliş boyu gah göndərəcəyini, gah da verməyəcəyini dedi. Halbuki, o, hər zaman kasıb tələbələrə kömək edən biridir, elə bizim verilişdə də dəfələrlə belə xeyriyyəçilik edib. Bu dəfə nədənsə aqressiv oldu, amma əslində o, elə insan deyil. Mən özbaşına demirəm ki, ay Təranə xanım, efirə gəlmisən, pul ödə”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa