Piter Dikson: “Bu, Rusiyanın Ukraynaya dair “nasist” iddialarının nə qədər əsassız etdiyini göstərir”
“Bu, Ukraynanı parçalanmış, təcrid olunmuş və müdafiəsiz vəziyyətə salmağa yönəlmiş bir planın hissəsidir”.
Yenicag.az xəbət verir ki, bunu Rusiyanın sülh məsələsindəki mövqeyini təhlil edən beynəlxalq münasibətlər üzrə ekspert Piter Dikson deyib.
Onun sözlərinə görə, Rusiyanın sonsuz atəşkəs bəhanələri Putinin sülh istəmədiyinin sübutudur.
“Ukraynanın ABŞ-nin rəhbərliyi altında qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən təxminən bir ay keçməsinə baxmayaraq, Rusiya yeni bəhanə irəli sürərək, atəşkəs çağırışlarına məhəl qoymadı. Aprelin 7-də Moskvada çıxış edən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəs çağırışlarını dəstəkləsə də, Ukrayna hökumətinin “sadəcə Kiyevə tabe olmayan ekstremist və millətçi qruplara” nəzarət etməməsi ilə bağlı suallar qalmaqdadır. Bu bəhanə Rusiya hökumətinin Ukraynaya qarşı apardığı təcavüzü qanuniləşdirmək üçün 2014-cü ildən bəri istifadə etdiyi “Ukrayna nasistləri” iddialarına əsaslanır.
Analitik əlavə edib ki, Putin və tərəfdarlarının Ukraynanı ifrat sağçı ekstremizmin yuvası kimi təqdim etməsi bu ölkənin milli kimliyini silmək məqsədi daşıyan uzunmüddətli dezinformasiya kampaniyasının bir hissəsidir:
“2019-cu ildə Ukraynada keçirilən parlament seçkilərində millətçi partiyalar cəmi 2,16 faiz səs toplayıb. Bu, Rusiyanın Ukraynaya dair “nasist” iddialarının nə qədər əsassız etdiyini göstərir. Rusiya Ukrayna hökumətinin legitimliyini şübhə altına almağa çalışaraq, mümkün atəşkəslə bağlı danışıqları dalana dirəməyə davam edir. Ukrayna konstitusiyası hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan etsə də, Moskva rəsmiləri tez-tez Zelenskinin sülh sazişi bağlamaq səlahiyyətinə malik olmadığını iddia edirlər. Putin Ukraynanın seçkilərinə Birləşmiş Millətlər Təşkilatının nəzarət etməsini təklif edərək sülh danışıqlarını pozmağa çalışıb. Bu cəhd ABŞ prezidenti Donald Tramp tərəfindən kəskin şəkildə tənqid edilib”.
“Son aylarda Kiyev Kremlin nəzarətində olan Ukrayna torpaqlarının müvəqqəti işğalını qəbul etməyə hazır olduğunu bildirərək bəzi güzəştlərə getmişdi. Ancaq Putin bu güzəştlərdən imtina edərək, Ukraynanın tamamilə tabe olunmasını tələb edir. Bu Ukraynanı parçalanmış, təcrid olunmuş və müdafiəsiz vəziyyətə salmağa yönəlmiş bir planın hissəsidir. Münaqişənin sülh yolu ilə həlli Putinin maksimalist şərtlərini qəbul etməyən heç bir Ukrayna hökumətinin uzun müddət davam etməyəcəyini göstərir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli