Zəngəzur dəhlizində ƏMƏKDAŞLIQ: "Türkiyə–ABŞ və Ermənistan tərəflərinin..."

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi üzərində layihələri həyata keçirəcək şirkətin Türkiyə şirkəti olması, yaxud Türkiyə–ABŞ və Ermənistan tərəflərinin birgə iştirak etdiyi şirkətin yaradılması mümkünsüz görünmür”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla Türkiyə arasında münasibətlərdə yolların açılması məsələsi də aktuallaşacaq:

“Artıq Ermənistanla Türkiyə arasında müəyyən komissiyalar görüşlər keçirir. Bu görüşlərdə kommunikasiya xətlərinin açılması, iki ölkə arasında münasibətlərin normallaşma prosesinə daxil olması müzakirə edilir. Belə olan halda, Zəngəzur dəhlizi üzərində layihələri həyata keçirəcək şirkətin Türkiyə şirkəti olması, yaxud Türkiyə–ABŞ və Ermənistan tərəflərinin birgə iştirak etdiyi şirkətin yaradılması mümkünsüz görünmür.

Regionumuzda keçmiş düşmənçilik meyilləri artıq arxivə qovuşmalıdır. Bu gün dünya yeni əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər tələb edir. Qeyd etdiyimiz kimi, regionumuz sülh və təhlükəsizlik məkanına çevrilməlidir. Zəngəzur dəhlizi açıldıqdan və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, eləcə də digər platformalarda əməkdaşlıq formalaşacaq. Bu da, öz növbəsində, bölgədə sülhü və sabitliyi daha da möhkəmləndirəcək”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05