Müştəriyə apardığı pizzanın içinə tüpürən kuryer təhlükəsizlik kameralarından qaça bilməyib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Eskişehir vilayətində kuryer kimi fəaliyyət göstərən gənc xoşagəlməz hərəkəti ilə bütün şəhər sakinlərinin etirazına səbəb olub. Pizzanı müştəriyə təqdim etməzdən əvvəl onun içinə tüpürən gənc bu hərəkətini anbaan kameraya çəkib. İyrənc davranışı ilə əylənən gənc təhlükəsizlik kameralarını yaddan çıxardıb.
Bina sakinləri kuryeri məhkəməyə veriblər. Hazırda onun barəsində açılmış cinayət işi davam edir.
www.yenicag.az