PKK İrana girir? - “Türk dövlətləri buna laqeyd qala bilməzlər”

media-hightechnic-468x90

 

media-banner_tuq

İraqda fəaliyyət göstərən kürd terrorçu qüvvələrinin İran ərazisinə doğru quru əməliyyatına başladığı barədə məlumat yayılıb. Mənbənin bildirdiyinə görə, minlərlə kürd “döyüşçüsü” (terrorçu) İranla sərhədi keçərək ölkə daxilində döyüş mövqeləri tutmağa başlayıb.

media-63e4ba8f-f4a4-4430-b888-6556ee1ce720

Bildirilir ki, silahlı dəstələr sərhədin müxtəlif istiqamətlərindən İran ərazisinə daxil olub və bəzi mövqelərdə yerləşərək mümkün toqquşmalara hazırlaşır.

Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Zeynal Fətulla bildirib ki, silahlı kürd birləşmələri İrana daxil olarsa, Türkiyə, Azərbaycan və ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr kənarda qalmamalıdır:

“İran əhalisinin yarısından çoxunu təşkil edən türklərə humanitar, ehtiyac olduğu halda isə hərbi dəstək göstərilməlidir. Amma bu dəstək İranda yaşayan türklərin siyasi aktivliyi fonunda baş verə bilər. Onlar oturub gözləməməlidirlər ki, kənardan kimsə gəlib onları xilas edəcək. Təəssüf ki, bu günə kimi İrandakı soydaşlarımızın öz azadlıqları uğrunda siyasi aktivliyi çox da ürəkaçan deyil. Bunun səbəbi İran molla rejiminin başında yalnız farsların olmaması ilə bağlı ola bilər. Çünki SEPAH, polis, ordu və təhlükəsizlik orqanlarının sıralarında da türklər az deyil.

Fikrimcə, İranda yaşayan soydaşlarımızın azadlığı uğrunda mübarizə İran-Azərbaycan sərhədlərində silahlı qarşıdurmadan yox, Tehrandan, Təbrizdən, Ərdəbildən, Mərənddən və türklərin yaşadıqları digər şəhərlərdən başlamalıdır”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05