PKK İsraillə BİRLƏŞDİ: “Davud Dəhlizi” planı NƏDİR?

media-hightechnic-468x90

 

Yaxın Şərqdə güc balansını dəyişmək niyyətində olan İsrailin həyata keçirməyə çalışdığı “Davud Dəhlizi” layihəsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də enerji, kəşfiyyat və hərbi baxımdan çoxşaxəli strateji plan kimi qiymətləndirilir. Bu plan Türkiyənin cənub sərhədləri üçün ciddi risklər daşıdığı halda, PKK/PYD terror təşkilatının rəhbərləri bölgədə xarici güclərin maraqlarına xidmət etməkdə davam edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” portalı məlumat yayıb.

PKK/PYD-nin yüksək vəzifəli nümayəndələrindən İlham Əhmədin son günlərdə İraqın Süleymaniyə şəhərində keçirilən 9-cu Süleymaniyə Forumunda səsləndirdiyi açıqlamalar bir daha diqqətləri İsrailin Yaxın Şərqdə həyata keçirmək istədiyi “Davud Dəhlizi” layihəsinə yönəldib. ABŞ-nin dəstəyi ilə təşkil edilən forumda İ. Əhməd Suriyada “mərkəzsiz idarəetmə” modelinə keçmək istədiklərini və bu çərçivədə İsraillə əməkdaşlığa hazır olduqlarını bəyan edib.

İsrailin Aralıq dənizindən İran sərhədinədək uzanan “Davud Dəhlizi” planı həm təhlükəsizlik, həm enerji, həm də hərbi cəhətdən bölgənin gələcəyini dəyişə biləcək layihə kimi təqdim olunur. Bu planın mərkəzində isə terrorçu PYD/YPG/SDQ qruplaşmaları dayanır. İsrailin əsas hədəflərindən biri isə Türkiyə və İran kimi regional gücləri çevrələməkdir.

Ekspertlər qeyd edirlər ki, “Davud Dəhlizi” vasitəsilə İsrail İranın Suriya və Livandakı təsir dairəsini zəiflətmək, eyni zamanda, Türkiyənin cənubunda tampon zona yaratmaq niyyətindədir. Bu məqsədlə son üç ildə İsrailin Suriyaya hava hücumları 70 faiz artıb. Həmin hücumlar, əsasən, İrana bağlı silahlı dəstələrə qarşı həyata keçirilsə də, analitiklər bu prosesin həm də “Davud Dəhlizi”nin təmizlənməsi və hazırlanması kimi qiymətləndirildiyini bildirirlər.

Beynəlxalq münasibətlər üzrə ekspert Prof. Dr. Həsən Köni qeyd edir ki, PYD faktiki olaraq Suriyanın şimal-şərqində muxtariyyət elan edib.

“ABŞ dəstəyi ilə 60 minə yaxın terrorçunun əlində zirehli texnika, tank əleyhinə sistemlər və ağır silahlar var. Yalnız 2022–2024-cü illər arasında SDQ-yə verilən hərbi dəstəyin dəyəri 2,4 milyard dolları ötüb. Hazırda Suriyanın ən böyük neft ehtiyatlarının yerləşdiyi ərazilərə PKK deyil, ABŞ və İsrail nəzarət edir”, – deyə o bildirib.

Ekspertlər onu da vurğulayırlar ki, PKK/PYD Kobani, Qamışlı, Həsəkə, Deyr əz-Zor və Ayn əl-Ərəb xəttini nəzarətdə saxlayaraq, ümumilikdə bir milyard barrel həcmində neft yataqlarını idarə edir.

Kəşfiyyat üzrə ekspert Prof. Dr. Sait Yılmaz isə bildirib ki, Fərat çayının şərqində yerləşən ərazilər Suriyanın kənd təsərrüfatı baxımından ən məhsuldar bölgələridir:

“Ölkənin buğda istehsalının 80 faizi məhz bu ərazilərin payına düşür. SDQ-nin nəzarətində olan bölgələrdə illik 2,5 milyon ton buğda, 1,5 milyon ton isə arpa istehsal olunur. Bu resursların terror qruplarının əlinə keçməsi bölgədəki güc balansına ciddi təsir göstərir”.

Su siyasəti üzrə ekspert Dursun Yıldız isə İsrailin artıq Fərat çayının sularına da maraq göstərdiyini söyləyib. O deyib ki, bölgədə baş verən dəyişikliklər Suriyanın su siyasətinə də təsir göstərir.

Xatırladaq ki, İsrail kəşfiyyatına yaxın mənbələrin məlumatına görə, 2025–2027-ci illər arasında Suriyanın şimalında federativ bir qurumun yaradılması məsələsi beynəlxalq platformalarda açıq şəkildə müzakirə oluna bilər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600