!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Planetimizlə bağlı qorxunc PROQNOZ

!Reklam – Yazi

Yer planetində anomal istilərin tüğyan edəcəyi, orta temperaturun 4-5 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, belə qənaətə bir qrup alim uzun araşdırmalardan sonra gəlib.

Alimlərin fikincə, kəskin istilər nəticəsində Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür.

Bildirilir ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən böyük amildir, lakin təkcə bu, deyil. Belə ki, istiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.

Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir.

Qeyd edilir ki, istixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək.

Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq./Trend/

COP29

www.yenicag.az

3544
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv