“Xəzər dənizi vasitəsiylə həyata keçirilməsi planlaşdırılan layihə də Azərbaycanla Qazaxıstan arasında telekommunikasiya xətlərinin birləşməsi yönümündə əhəmiyyətli rol oynayacağı gözlənilir”.
Bu sözləri Azərbaycanla Qazaxıstan arasında layihələşdirilməsi planlaşdırılan Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisi haqqında münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, bu addım hər iki ölkənin məlumat təhlükəsizliyi baxımından olduqca əhəmiyyətə malikdir:
“Haqqında bəhs etdiyimiz layihə çox strateji əhəmiyyət daşıyır. Bildiyimiz kimi, Azərbaycan həm də Qara dənizin dibi ilə Avropa ərazisinə kabel xəttinin çəkilməsi layihələrini reallaşdırmaq niyyətindədir. Ümumiyyətlə, gündəmdə olan əsas məsələlərdən biri telekommunikasiya xətləridir, hansı ki, ölkələri bir-biri ilə birləşdirir.
Xəzər dənizi vasitəsiylə həyata keçirilməsi planlaşdırılan layihə də Azərbaycanla Qazaxıstan arasında telekommunikasiya xətlərinin birləşməsi yönümündə əhəmiyyətli rol oynayacağı gözlənilir. Hazırda da bu tip layihədən istifadə edilir və bu üsul kirayə yoluyla, digər ölkələrə məxsus xətlərdən istifadə edilir. Ölkələrin aparıcı şirkətlərinin bu istiqamətdə müəyyən işlərə başlaması hər iki dövlətin maraqlarına xidmət göstərir. Eyni zamanda da bu addım hər iki ölkənin məlumat təhlükəsizliyi baxımından olduqca əhəmiyyətə malikdir”.
Yusif Səmədzadə
www.yenicag.az