Polad Bülbüloğlu və Yusif Eyvazov - Rus milyarderin nəvəsinin toyunda

media-hightechnic-468x90

Dünən Böyük Britaniyada “The Landmark London” hotelində rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqanın nəvəsi, 19 yaşlı İrina Koqanın ingilis əsilli yəhudi Daniel Kenveylə toy mərasimi keçirilib.

Təntənəli mərasimə rus və dünya ulduzları şəxsi təyyarələri ilə gəliblər.

9 saat davam edən toyda dünya ulduzlarından Elton Con, Merayya Keri, Antonio Banderas, yerli şou-biznesdən Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazovla xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Qeyd edək ki, Valeri Koqan 2.5 milyard dollar sərvətə sahibdir. (Qafqazinfo)

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600