Uzun müddət Rusiyada yaşayaraq bu ölkənin vətəndaşlığını qəbul etmiş 54 yaşlı polis mayoru bu addımından son dərəcə peşmandır.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın Xmelnitski şəhərindən olan, lakin uzun müddət Rusiyada yaşayaraq bu ölkənin vətəndaşlığını qəbul edən polis mayoru hərbi biletini yandırıb.
Bu barədə videomüraciət Dövlət Təhqiqatlar Bürosunun “Telegram” kanalında yayımlanıb:
“Hələ SSRİ dönəimndə xeyli ukraynalı Rusiyada təhsil alaraq orada karyera qurmağa başlayıblar. Onların bir çoxu sonra vətənə qayıdır. Ancaq Rusiyada təcavüzkar ölkəyə xidmət illəri və qardaşlarını “nasistsizləşdirməyə” gedən xidməti yoldaşlar qalıb.
Kimə xidmət etdiyimdən utanıram. Müharibəyə getməyimi və uşaqlığımın şəhərinə raket atmağımı təsəvvür etmək belə dəhşətlidir. Rusiyalı olmaq utanvericidir”.
Zabit videomüraciətinin sonunda öz hərbi biletini yandırır.
www.yenicag.az