Polisə zəng edərək intihar edəcəyini dedi
Balakəndə 21 yaşlı gənc intihara cəhd edib.
Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Katex kənd sakini, 1994-cü il təvəllüdlü Kamil Abdulla oğlu Qayxanov Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edərək rayonun girişindəki simvolik “Balakən qapıları”dan özünü ataraq intihar etmək məqsədində olduğunu bildirib.
Hadisə yerinə cəlb edilən Balakən RPŞ-nin əməkdaşları intihar etmək istəyən 21 yaşlı Kamil Qayxanovu “Balakən qapıları”nın yaxınlığında, yolun kənarında aşkar ediblər. Polis Şöbəsinə aparılan Kamil Qayxanov verdiyi ilkin ifadəsində bildirib ki, həmkəndlisi Kənan Piriyev tərəfindən dəfələrlə mənəvi təzyiqə məruz qalıb, bu səbəbdən intihar etmək məqsədinə gəlib. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.