!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisi döydüyü üçün həbs edilən keçmiş deputatın yerinə o namizəd oldu - FOTO

!Reklam – Yazi

Keçirilən son növbədənkənar parlament seçkilərində deputat adını qazanan şəxslərdən bir çoxu ümidləri doğrultmayıb.

Yenicag.az xatırladır ki, onlardan biri də Eldəniz Səlimovdur.

V və VI çağırış Milli Məclisin deputatı olan Səlimov 2021-ci ildə siyasi kariyerasını sonlandıran cinayət əməli törədib.

Belə ki, Xaçmazda polis əməkdaşına qarşı güc tətbiq etməsi ilə bağlı məlumatlar yayılan Səlimov barəsindəki iddialar qısa müddətdə təsdiqini tapıb. Baş Prokuruluq tərəfindən barəsində cinayət işi açılan deputatın toxunulmazlığı ləğv olunub, ardınca yeni Azərbaycan Partiyasından xaric edilib.

27 dekabr 2021-ci il tarixində hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Eldəniz Səlimova hökm oxunub, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun deputat mandatına xitam verilib.

Eldəniz Səlimovun deputat seçildiyi 55 saylı Xaçmaz şəhər dairəsinin adı dəyişdirilərək 55 saylı Siyəzən-Quba-Xızı dairəsi edilib. YAP-nin bu gün açıqladığı siyahıya əsasən, həmin dairədən Məmmədli Müşfiq Fazil oğlunun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Müşfiq Məmmədli sonuncu dəfə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilib.

COP29

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv