Polislər üçün yeni avtomobillər gətirildi

media-hightechnic-468x90

37899_qh3515b535Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul (PPX) və yol patrul xidmətlərinin (YPX) əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər Bakıya gətirilib.

Yenicag.az axsam.az-a istinadən bildirir ki, Azadlıq meydanında düzülən avtomobillərə sabah baxış keçiriləcək və sonra istifadəyə veriləcək.

Məlumata görə, PPX əməkdaşları üçün yeni “Fiat Doblo”, YPX əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər gətirilib. Eyni zamanda, saxlanılan şəxslərin daşınması üçün də avtomobillər gətirilib. “Mercedes Sprinter” markalı maşınlarda meyit daşımaq da mümkündür.

YPX əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsi ilə izləyə bilər.

     

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600