Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə Milli Qəhrəman Hökümə Əliyeva adına təqaüd proqramı təsis edilib. Bu təşəbbüs, Polşada ali təhsil alan azərbaycanlı xanımların akademik və sosial inkişafını dəstəkləməyi hədəfləyir.
Təqaüd proqramının məqsədi
Milli Qəhrəman Hökümə Əliyevanın adını daşıyan bu təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:
– Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;
– Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;
– Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.
Təqaüd proqramına kimlər müraciət edə bilər?
Təqaüd proqramına aşağıdakı kriteriyalara cavab verən namizədlər müraciət edə bilərlər:
– Polşada ali təhsil alan azərbaycanlı xanımlar;
– Minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr;
– Cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər.
Müraciət prosesi
Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər.
Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.
Bu təqaüd proqramı, Polşada yaşayan azərbaycanlı tələbə xanımların inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.
Təqaüdə müraiət linki: https://forms.gle/KLD5fS1b9PnPgmhF9
www.yenicag.az