Polşalı politoloq Qarabağ münaqişəsi haqqında: “Rusiyanın mövqeyi dəyişməsə...”  

media-hightechnic-468x90

Qarabağ münaqişəsinin beynəlxalq oyun və sövdələşmə predmeti olaraq, qaldığı bildirilir.

Bunu Yenicag.Ru-ya açıqlamasında polşalı politoloq Yakub Koreyba deyib:

“İrəvan və onun dəstəkçiləri Qarabağ münaqişəsindən özlərinin daxili-siyasi və beynəlxalq maraqlarını təmin etmək üçün yararlanırlar. Ermənistan bu münaqişənin həllini qarşıya məqsəd kimi qoymur. Beynəlxalq vasitəçilər və Azərbaycan dəfələrlə əlverişli şərtlər təklif etsələr də, Ermənistan buna konstruktiv cavab verməyib”.

Koreybanın fikrincə, indiki şəraitdə Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanmaq ehtimalı aşağıdır:

“Tərəflərdən hansınınsa ciddi itkilərə səbəb olacaq müharibə riskinə gedəcəyini düşünmürəm. Eyni zamanda, barışığın olacağını da gözləmirəm. Qlobal güclər, konkret olaraq, Rusiya münaqişəni həll etmək fikrinə düşməsə və Ermənistanı sülhə məcbur etməsə, bu, “dondurulmuş münaqişə” kimi qalacaq”.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600