!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Poroşenko Putinə cavab verdi: "Onun nə düşündüyünə əhəmiyyət vermirik"

!Reklam – Yazi

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin yazdığı “Rusların və ukraynalıların tarixi birliyi haqqında” məqaləyə cavab verib.

Yenicag.az xəbər verir ki, Poroşenkonun Putinin məqaləsinə cavabı Polşanın “Gazeta Wyborcza” nəşrində yayımlanıb.

Poroşenko Putinin rus və ukraynalıları vahid xalq hesab etməsinə münasibət bildirərək qeyd edib ki, millətinin kimlik problemi yoxdur və ukraynalılar millət kimi çoxdan formalaşıb.

Poroşenko rus və ukraynalılar arasındakı fərqləri sadalayıb, mədəniyyət və geosiyasi baxımından iki millətin bir-birindən çox fərqləndiyini qeyd edib. Eks-prezident ukraynalıların Avropa sivilizasiyasına mənsubluq hissiyatında olduqlarını vurğulayıb.

“Putinin nə düşündüyünə əhəmiyyət vermirik”, – deyə Ukraynanın 5-ci prezidenti bildirib.

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv