Portağal tələbatı artır, istehsal isə yerində sayır: İqtisadçı daxili bazarı xilas etməyin yolunu AÇIQLADI

media-hightechnic-468x90

Azərbaycanda portağal istehsalı müəyyən bölgələrdə artırılsa da, daxili bazarda tələbatın böyük hissəsi hələ də idxal hesabına ödənilir. Yerli məhsulun mövsümi xarakter daşıması və ilboyu sabit təchizatın təmin edilməməsi aqrar sahədə yeni yanaşmaların tətbiqini zəruri edir.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, problem təkcə məhsuldarlıq və iqlimlə izah oluna bilməz:

media-ekrem-hesenov

“Burada məhsuldarlıqla yanaşı, logistika, saxlama imkanları və subsidiyaların effektivliyi kimi məsələlər ön plana çıxır. Sahibkarın bölgələrdə fəaliyyətini daha da genişləndirməsi üçün investisiya mühitinin cəlbediciliyi artırılmalı, rəqabət imkanları daha da gücləndirilməlidir. İnvestor əmin olmalıdır ki, onun fəaliyyəti və hüquqları bütün səviyyələrdə tam qorunur.”

Ekspertin sözlərinə görə, portağal kimi sitrus məhsulları uzunmüddətli investisiya tələb edən sahədir və burada qoyulan vəsait bir neçə ildən sonra bəhrə verir. Bu səbəbdən iqtisadi sabitliyin təmin olunması biznes risklərini minimuma endirmək üçün vacibdir.

“Digər əsas problemlər sırasında müasir soyuducu anbarların çatışmazlığı, məhsulun düzgün saxlanmaması və satış şəbəkəsinə birbaşa çıxış imkanlarının məhdudluğu dayanır. Bu çatışmazlıqlar səbəbindən fermer bəzən məhsulu istədiyi qiymətə sata bilmir və ya itki ilə üzləşir”.

İqtisadçı hesab edir ki, dövlət dəstəyi mexanizmləri təkmilləşdirilməli, subsidiyalarla yanaşı, bazarda ədalətli rəqabət mühiti və sahibkarın hüquqi təhlükəsizliyi daha da möhkəmləndirilməlidir. Yalnız bu halda yerli istehsal genişlənə bilər və daxili bazarın idxaldan asılılığı minimuma enər.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05