“Prado“ motosikllə toqquşdu – 1 ölü, 1 yaralı

media-hightechnic-468x90

xxx3İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Bəhramtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, “Prado” markalı avtomobil hərəkətdə olarkən motosikllə toqquşub. Nəticədə motosiklin sürücüsü dünyasını dəyişib, sərnişini, rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır(report).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600